Gürcüstanda Qurban Bayramı qeyd olundu

Müsəlmanlar önəmli dini bayramlardan birini, Qurban Bayramını qeyd edir. Bayram səhər namazı ilə başlayır. Bayramın əsas hissəsini Allah yolunda qurban kəsmək təşkil edir. Bu gün hər bir ailədə qurban kəsilir, kəsilən qurbanlar bölünür və ehtiyacı olanlara, qonşulara paylanır. Qurban Bayramı Ramazan ayından 70-ci gündə qeyd olunur.