Gürcüstanda gün ərzində üçüncü zəlzələ baş verdi
Gürcüstanda gün ərzində üçüncü zəlzələ baş verdi

 Gürcüstanda gün ərzində üçüncü zəlzələ baş verdi. Yeraltı təkanlar saat 17: 38-də qeydə alındı.

Seysmik Monitorinq üzrə Milli Mərkəzin verdiyi məlumata görə, yeraltı təkanların episentri Dmanisidən 24 kilometr cənubi-qərbdə, Sameba kəndi yaxınlığında olub.

Zəlzələnin maqnitudası 3.3(ML) olub.

Yeraltı təkanlar bu gün Dmanisidə saat 10: 26-da və 14: 03-də qeydə alınmışdı.