Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı ləğv olundu- ləğv olunan və qüvvədə qalan məhdudiyyətlər
Gürcüstanda fövqəladə vəziyyət və komendant saatı ləğv olundu- ləğv olunan və qüvvədə qalan məhdudiyyətlər

 

 

Baş nazir Q.Qaxarianın rəhbərliyi ilə fəaliyyət göstərən,Qurumlararası Koordinasiya Şurasının qərarı ilə bu gündən ,mayın 23-dən  fövqəladə vəziyyət  ləğv olundu,müvafiq olaraq ,komendant saatı da ləğv olundu.

Ölkədə müəyyən məhdudiyyətlər qaldırılıb və eyni zamanda ,epidemioloji vəziyyətə müvafiq olaraq,bir neçə tənzimləmə qüvvədə qalır.

″Gürcüstan parlamenti  ″İctimai Sağlamlıqla bağlı″ qanunda dəyişiklikləri  qəbul edib,buna müvafiq olaraq, Gürcüstanda iyulun 15-dək olan bütün məhdudiyyətlər hökumətin sərəncamı ilə  tənzimlənəcək″- deyə Baş nazirin müşaviri İrakli Chikovani bildirib.

Bu gündən,mayın 23-dən etibarən qapalı ictimai yerlərdə ,o cümlədən ticarət obyektlərində də maska taxmaq məcburidir.   Həmçinin , sosial məsafənin qorunması da məcburidir.

Bolnisi munisipalitetində karantin ləğv olunub və bir tək Qeta və Muşevani kəndələri karantin zonaları olaraq qalır,bəhsi keçən bu kəndlərdə bu mərhələdə  aktiv profilaktik epidemioloji tədbirlər görülür.

Həmçinin, Tetritsğaro munisipaliteti  karantin zonası olaraq qalır.

Avtomobildə  3 nəfərlik məhdudiyyət ləğv olunub  və bir tək taksi  xidməti halında  qadağa qüvvədə qalır.Həmçinin,  taksi sürücüləri  maskadan istifadə etməyə  məcburdurlar.

Yaşları 70 və 70-dən yuxarı olan şəxslərin  evdən çıxmaları ilə bağlı qadağa ləğv olunub,lakin bu insanların risk qrupuna daxil  olmaları səbəbi ilə, hökumət onlara  rekomendasiya ilə müraciət edərək,təxirəsalınmaz zərurət olmadan evdən bayıra çıxmamağa  və evdə qalmağa çağırır .

Fövqəladə vəziyyət ilə birlikdə ″Toplaşma və manifestasiya ilə bağlı″ qanunla nəzərdə tutulmuş  toplaşma və manifestasiyaya qoyulan qadağa  qaldırılıb.

Ölkədə tibbi məhsulların ixracı qadağan olunur,konkret olaraq söhbət  Covid 19-la mübarizədə zəruri olan məhsullardan gedir.

″Bundan başqa mayın 23-dən sonra da  aşağıda sadalanan məhdudiyyətlər qüvvədə qalır:

Restoran,bar  və ya kafelərdə  istifadəçilərə yerindəcə qida xidməti göstərmək ,həmçinin bu mərhələdə ,karantin zonaları istisna olmaqla ,mehmanxanaların fəaliyyəti qadağan olunur.Paltar və ayaqqabı ticarəti,onlayn ticarət istisna olmaqla qadağan olunur.Həmçinin,artıq fəaliyyət göstərən  aqrar bazarlar istisna olmaqla,  mol və bazarların fəaliyyəti qadağan olunmuş olaraq qalır. İdman və mədəniyyət obyektlərinin fəaliyyəti və bu cür tədbirlərin keçirilməsi  qadağan olunur.Azartlı və uduşlu oyunlar bir tək elektron formada mümkündür.Dövlət xidmətlərinin bir hissəsi yenə də uzaqdan həyata keçiriləcək.

Cəmiyyətdə bilinən sosial tədbirlərlə–toy,ad günləri,yas mərasimləri və s. əlaqədar 10 nəfərdən artıq fiziki şəxsin bir araya toplaşması ilə bağlı qadağa qüvvədə qalır.

Fəaliyyətini davam etdirən bütün biznes  subyektlər Gürcüstanın  Səhiyyə Nazirliyi tərəfindən təqdim olunmuş  tələblərə əməl  etməyə  məcburdurlar  və əgər onlar qida istehsalı ilə məşğul olurlar isə, o zaman  Qida Təhlükəsizliyi Xidmətinin verdiyi tövsiyyələrə əməl  etmək məcburidir.

İctimai nəqliyyat, o cümlədən ictimai nəqliyyat ilə şəhərlərarası  yerdəyişməyə dair  məhdudiyyət  də həmçinin qorunub-saxlanılacaq .

İrakli Chikovaninin sözlərinə görə, bəhsi keçən  bütün məhdudiyyətlərin  mərhələli şəkildə  qaldırılması ilə bağlı,Qurumlararası Koordinasiya Şurası  müzakirə aparacaq və epidemioloji vəziyyətdən irəli gələrək qərar verəcək.

″Qurumlararası Koordinasiya Şurası ,ona tabe olan əməliyyat qərargahları və vahid  hökumət qaynar xətti 144  tam gücü ilə fəaliyyətini davam etdirəcək″-deyə İrakli Chikovani bildirib.

İyunun 15-dən etibarən  daxili turizm üçün bütün məhdudiyyətlər qaldırılacaq,iyulun birindən etibarən isə, Gürcüstan beynəlxalq turistləri ,müvafiq protokola əməl edərəkdən qəbul etməyə  hazır olacaq.

 

 

Hazırladı-Sevinc Mustafayeva