Gürcüstanda elan  olunmuş fövqəladə  vəziyyət   ilə əlaqədar  olaraq, yas mərasimləri,toy  və  digər  oxşar mərasimlər  qadağan olundu
Gürcüstanda elan olunmuş fövqəladə vəziyyət ilə əlaqədar olaraq, yas mərasimləri,toy və digər oxşar mərasimlər qadağan olundu

Gürcüstan hökuməti tərəfindən martın 23-də verilən 181 saylı sərəncama əsasən, Gürcüstanda 10 –dan artıq fiziki şəxsin bir araya gəlməsini nəzərdə tutan sosial tədbirlər ləğv olunur.Nümunə olaraq yas mərasimi,toy və digər oxşar mərasimlər. Həmçinin sərəncama əsasən, fövqəladə vəziyyətin qüvvədə olduğu müddətdə “ toplaşma və manifestasiyaya dair” Gürcüstan qanunvericiliyi ilə nəzərdə tutulmuş toplaşma və manifestasiyaya qadağa qoyulur. Bununla belə,qadağa tibb müəssisələrinə, ictimai müəssisələrə,müdafiə qüvvələrinə, xüsusi penitensiar müəssisələrə və hüquq-mühafizə orqanlarında onlara verilən funksiyanı icra etmək üçün bir araya gəlmiş insanlara şamil olunmur.Əgər fövqəladə vəziyyət zamanı fəaliyyətlərinin dayandırılması ilə bağlı ictimai nəqliyyata qarşı tələb irəli sürülməz isə, o zaman bu qadağa onlara şamil olunmur.