Gürcüstanda drift seriyalarının son mərhələsi Maxata dağında keçiriləcək
Gürcüstanda drift seriyalarının son mərhələsi Maxata dağında keçiriləcək

2020-ci ildə, pandemiya səbəblərindən irəli gələrək, Gürcüstanda drift çempionatı üç mərhələ şəklində keçirilir.

Üçüncü final mərhələ noybrın 21-22-də, saat 14:00-da Maxata dağı ərazisində keçiriləcək və onda 30-dan artıq professiyonal avtomobil yarışçısı iştirak edəcək.

İlk mərhələ  Xoni munisipalitetinin mərkəzi meydanında keçirildi və Nodar Koduanın qələbəsi ilə başa çatdı.

İkinci mərhələ Didqori döyüşü monumentinin yanında keçirildi və Mevlud Meladzenin qələbəsi ilə başa çatdı.

Drift idman növünün stabil olaraq çox sayda izləyici var və ona görə də, avtomobil yarışının tamaşaçıları yarışa sadəcə tibbi maska ilə buraxılacaqlar.

Tədbiri beynəlxalq hakimlər kolleqiyası dəyərləndirir, Avtomobil federasiyası tərəfindən lisenziya verilib və BMW Club Georgia tərəfindən təşkil olunur.

Tədbirin məqsədi küçədə keçirilən qeyri-professiyonal avtomobil yarışlarının qarşısını almaqdır.

Yarışda qalib olanlar solid pul məbləği ilə mükafatlandırılacaqlar.