Gürcüstanda bütün şəhərlərarası nəqliyyat ilə, o cümlədən qatarla da yerdəyişmə qadağan olunur
Gürcüstanda şəhərlərarası nəqliyyata qadağa qoyulur .Sözü gedən qərarı koronavirus ilə əlaqədar yaradılmış Koordinasiya Şurası verib. Şuranın iclası başa çatdıqdan sonra, Gürcüstanın Baş nazirinin müşaviri, mətbuat katibi İrakli Chikovaninin də qeyd etdiyi kimi, ölkə daxili yayılma mərhələsinə keçid alıb.Bu da sözü gedən prosesin maksimal şəkildə dayandırılmasını tələb edir. “ Biz daxili ötürülmənin sürətini dayandırmaq üçün maksimal şəkildə çalışmalıyıq,bu səbəbdən qatarla sərnişinlərin daşınması da daxil olmaqla ,şəhərlərarası bütün növ nəqliyyata məhdudiyyət qoyuruq”-deyə İrakli Chikovani bildirib. Onun sözlərinə əsasən, məhdudiyyət bu gündən , saat 24:00-dan etibarən qüvvəyə minəcək