Gürcüstanda bugün bütün ticari obyektlər, mollar və bazarlar açıldı [Foto]
Gürcüstanda bugün bütün ticari obyektlər, mollar və bazarlar açıldı [Foto]

Bugündən etibarən, bütün ticari obyektlər, mağazalar, mollar və bazarlar açılır.

Ancaq ticarət obyektləri müəyyən qaydaları qorumalı olacaqlar.

Milli Təhlükəsizlik Şurasının martın 19-da verdiyi qərar ilə, Gürcüstanda qida obyektlərindən, əczanələrdən və yanacaq doldurma stansiyalardan başqa, bütün növ ticari obyekt bağlanmışdı.

Aqrar bazarlar aprelin 27-də açıldı.

Mayın 11-dən isə, Gürcüstanda girişi küçədən olan mağazalar açıldı.

Məhdudiyyətlər sadəcə mollarda və ticarət mərkəzlərində qalmışdı və müəyyən qaydaların qorunması şərti ilə, artıq onlar da işləyə biləcəklər.