Gürcüstanda bu vaxt üçün yeni növ koronavirusa 728 yoluxma halı təsdiqlənib,onlar arasında 509 nəfər sağalıb
Gürcüstanda yeni növ koronavirusa 5 yeni yoluxma halı qeydə alınıb.Bu barədə məlumat hökumətin xüsusi veb-səhifəsində ,stopcov.ge-də bir az bundan əvvəl yenilənib.
Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda koronavirusa 728 yoluxma halı təsdiqlənib,həmçinin daha 14 pasiyent sağalıb və bununla da sağalananların sayı cəmdə 509-u təşkil edir.
Koronavirus səbəbi ilə ölkədə 12 pasiyent dünyasını dəyişib .
Bununla yanaşı , xaricdən 3 Gürcüstan vətəndaşı ölkəyə müalicə edilmək məqsədi ilə gətirilib.
3259 nəfər karantin rejimindədir,323 nəfər isə stasionarda müşahidə altındadır.
Hazırladı-Sevinc Mustafayeva