Gürcüstanda bu vaxt üçün koronavirusa 707 yoluxma halı təsdiqlənib,onlardan 456-sı sağalıb
  Gürcüstanda bu vaxt üçün koronavirusa 707 yoluxma halı təsdiqlənib,onlardan 456-sı sağalıb

 

 

Gürcüstanda  koronavirusa  5 yeni  yoluxma halı qeydə alınıb.

Bu barədə məlumat  hökumətin xüsusi veb-səhifəsində  ,stopcov.ge-də  bir az bundan əvvəl yenilənib.Veb səhifədəki məlumata görə, bu vaxt üçün Gürcüstanda  yeni növ koronavirusa  707  yoluxma halı təsdiqlənib,  sağalananların  ümumi sayı isə  456-nı təşkil edir.

Bununla yanaşı , xaricdən 3 Gürcüstan  vətəndaşı ölkəyə müalicə edilmək məqsədi  ilə gətirilib.

Koronavirus səbəbi ilə ölkədə 12  pasiyent  dünyasını  dəyişib.

4914  nəfər karantin rejimindədir,340  nəfər isə stasionarda müşahidə altındadır.

 

Hazırladı-Sevinc Mustafayeva