Gürcüstanda bu vaxt üçün koronavirusun 582 halı qeydə alınıb, onların arasında 207 pasiyent sağalıb
Gürcüstanda koronavirusun yenə 16 halı qeydə alındı.
Bu haqda məlumat stopcov.ge veb-səhifəsində yeniləndi.
Veb-səhifənin məlumatına görə, bu vaxt üçün koronavirusun 582 halı qeydə alınıb, onların arasında 207 pasiyent sağalıb.
Koronavirusdan 6 pasiyent həyatını itirib.
Karantin rejimində 5025 vətəndaş qalır, stasiyonarlarda isə, – 540.