Gürcüstanda bu gündən havalar yaxşılaşacaq. Sinoptik David Loladzenin məlumatına görə, şərqi Gürcüstanda günün birinci yarısında yağış olacaq. Günün ikinci yarısından isə, temperatur artacaq.
Elə onun dediyinə görə, qərbi Gürcüstanda aranda havanın temperaturu +12, +17 dərəcə çərçivəsində olacaq, qərbi Gürcüstanda isə, +14 dərəcəyə qədər artacaq.
Hidrometeoroloji Proqnozlar Xidmətinin məlumatına görə, paytaxtda 19-20 martda az yağış gözlənilir. Havanın temperaturu isə +12 dərəcəyə çatacaq.