Gürcüstanda ay-yarımlıq uşaqda koronavirus aşkarlandı.
Bu barədə məlumat Gürcüstanın Birinci Kanalına Vaxtanq Boçorişvili adına klinikadan verildi.
Onların məlumatına görə, covid-19 diaqnozu uşağın valideynlərinə, digər iki uşağına və ay-yarımlıq uşağa qoyuldu.
Klinikada bəyan edirlər ki, ay-yarımlıq uşaqda və anasında yüngül simptomlar müşahidə olunur, ata və digər uşaqların vəziyyəti isə, yaxşıdır.