Gürcüstanda 3,5 bal gücündə daha bir zəlzələ olub, episentr bu dəfə də Sameba kəndi yaxınlığında olub
Gürcüstanda daha bir zəlzələ baş verib. Yeraltı təkanlar saat 03:35-də qeydə alınıb.
Zəlzələnin episentri Sameba kəndi yaxınlığında olub.
Seysmik Monitorinq üzrə Milli Mərkəzin məlumatına görə, zəlzələnin maqnitudası 3,5 bal olub.
Fevralın 13-də Tbilisi vaxtı ilə saat 22:25-də Gürcüstanda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Sameba kəndi yaxınlığında olub. Zəlzələ nəticəsində Dmanisi munisipalitetinin Şahmarlı kəndində bir yaşayış evinin divarı uçub. Həmçinin bir neçə kəndə elektrik enerjisinin verilməsi müvəqqəti olaraq dayandırılıb.