Gürcüstana transplantologiya sahəsinin inkişafında Cənubi Koreyalı mütəxəssilər yardım edəcəklər
Gürcüstanın İşğal altında olan ərazilərdən gələn qaçqınlar məsələləri üzrə və həmçinin, Əmək, Səhiyyə və Sosiyal Müdafiyə Nnaziri David Sergeenko Cənubi Koreyalı həmkarları ilə görüşdü.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı, Cənubi Koreya nümayəndələri Gürcüstana transplantologiya sahəsinin inkişafı üçün yardım etməyə hazır olduqlarını bildiriblər.
Səhiyyə Nazirliyində bəyan edirlər ki, Gürcüstan və Cənubi Koreya arasındaki tibbi əməkdaşlıq yeni mərhələyə keçir.
Cənubi Koreyalı həkimlər cərrahiyə hazırlığı prosesinə və burada keçirilən əməliyyatlara bilavasitə qoşulacaqlar. Səfər çərçivəsində iki memorandum imzalandı və iki əməliyyat keçiriləcək.
Gürcüstana rəsmi səfərlə Kvanq Vunq Li – hepato-cərrah, transplantoloq, beynəlxalq transplantologiya mütəxəssisi, Seul Milli Universitetinin Tibb Məktəbinin və Universitet Klinikasının professoru; Çanq Suk Suh – Seul Milli Universitet Klinikasının prezidenti və Çan So Şin – Seul Milli Universitet Klinikasının tibb məktəbinin dekanı, professoru gəliblər.
Dünya Səhiyyə Təşkilatının rəsmi məlumatına görə, Cənubi Koreya canlı donorlardan transplantasiya əməliyyatlarında dünya miqyasında lider ölkə elan edilib.
Son 10 il ərzində ən müvəffəqiyyətli əməliyyatlar məhz Cənubi Koreyada edilib və onların 77%-i öd-ciyar transplantasiyalarına aiddir.