Gürcüstana Sülh Korpusunun 68 könüllüsü gəldi

Gürcüstana Sülh Korpusunun 68 könüllüsü gəldi.

Gürcüstanın Təhsil Nazirliyinin məlumatına görə, Sülh Korpusunun, Amerika vətəndaşı olan 68 könüllüsü gəldi, hansılar ki, bu dövr ərzində Gürcüstanın müxtəlif yerlərində gəzib ümumi məktəblərin şagirdlərinə ingilis dilini pulsuz öyrədəcəklər.

Onların məlumatına görə, fəaliyyətlərinə başlamadan öncə, könüllülər gürcü dili və mədəniyyəti haqqında 11 həftəlik intensiv kurs keçəcəklər.

Təhsil Nazirliyində bəyan edirlər ki, ingilis dilini öyrədən könüllülər ölkənin ən uzaq və çətin gedilən kəndlərinə və həmçinin etnik azlıqların yaşadıqları bölqələrə gedəcəklər.

Könüllülərin bir hissəsi qeyri-hökümət təşkilatlarında işlə təmin edildi.

2001-ci ildə, ingilis dilini öyrədən ilk qrupunun gəldiyi zaman Gürcüstana 815 könüllü gəlmişdi.

Amerikalı könüllüləri Tbilisi Hava Limanında ABŞ səfirinin səlahiyyətlərini icra edən Elizabet Rud və Sülh Korpusunun proqram nümayəndəsi qarşıladılar.