Gürcüstana Macarıstanın prezidenti gəldi
Gürcüstana Macarıstanın prezidenti gəldi

Gürcüstana Macarıstanın prezidenti səfər etdi. Yanoş Ader Tbilisiyə ikigünlük səfərlə gəldi.

Macarıstan prezidentini Şota Rustaveli adına Tbilisi beynəlxalq Aeroportunda Gürcüstan prezidenti administrasiyasının və Xarici İşlər Nazirliyinin nümayəndələri qarşıladılar.

Görüşün rəsmi hissəsi sentyabrın 5-də başlayacaq.Yanoş Ader gürcü həmkarı ilə görüşəcək. Prezidentlər iki ölkə arasında siyasi və iqtisadi əlaqələri müzakirə edəcəklər. Bundan sonra tərəflər mətbuat konfransını keçirəcəklər və media suallarına cavab verəcəklər.

Qanunvericilik orqanında da görüş planlaşdırılıb. Yanoş Aderə Parlamentin sədri, Arçil Talakvadze ev sahibliyi edəcək.

Macarıstan prezidenti Tbilisiyə həyat yoldaşı, Anita Herçex ilə birlikdə gəldi və ölkəni sentyabrın 5-də tərk edəcək.