Gürcüstan yığması 2017-ci ili 104-cü yerdə başa çatdırdı
Gürcüstan yığması 2017-ci ili 104-cü yerdə başa çatdırdı

Beynəlxalq Futbol Federasiyası 2017-ci il üçün milli yığmaların yekun reytinqini açıqlayıb.

Son bir ay ərzində  üçün heç bir şey dəyişməyib. Vladimir Vaysın komandasının yenə 322 balı var və 104-cü yerdədir.

Son üç ildə komandanın FİFA-da irəliləyişi var. 2014-cü ili Gürcüstan milli komandası tarixində ən aşağı mövqe ilə –  125-ci yer ilə başa çatdırdı.

2015-ci ilin dekabrında122-ci yerdə, 2016-cı ilin sonunda isə – 118-ci yerdə idi. 2017-ci ildə Gürcüstan milli komandası 14 mövqe irəlilədi və 2018-ci ili 104-cü yer ilə qarşılayacaq.

FİFA reytinqinin top onluğu dəyiçməyibdi və qarşıdakı kimidir:

1. Almaniya – 1602
2. Braziliya – 1483
3. Portuqaliya – 1358
4. Argentina – 1348
5. Belçika – 1325
6. İspaniya – 1231
7. Polşa – 1209
8. İsveçrə – 1190
9. Fransa – 1183
10. Çili – 1162