Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynadan Macarıstan, Rumıniya və Slovakiyaya daxil olan Gürcüstan vətəndaşları üçün məlumat yayır

 
Gürcüstan Xarici İşlər Nazirliyi Ukraynadan Macarıstana, Rumıniyaya və Slovakiyaya daxil olan Gürcüstan vətəndaşları üçün məlumat yayır.

Qurumdan verilən məlumata görə, Gürcüstanın Macarıstandakı səfirliyi Ukraynada hərbi əməliyyatların başladığı ilk gündən fövqəladə rejimdə işləyir və mövcud vəziyyətlə əlaqədar Ukraynadan Macarıstana keçməyə cəhd edən Gürcüstan vətəndaşlarına maksimum köməklik göstərir.

“Gürcüstanın Macarıstandakı səfirliyinin qaynar xəttinin nömrəsi +36 30 858 66 22-dir və 24 saat boyunca əlçatandır. Ukraynadan Macarıstan ərazisinə daxil olan vətəndaşlara bildiririk ki, onlardan nə kovidə qarşı peyvəndləmə ilə bağlı sənəd, nə də PCR testi tələb olunmur; Sərhəddən keçmək üçün təyin olunan müraciətin doldurulması məcburi deyil; Sərhəd məntəqələrindəki doluluğu Macarıstan polisinin saytında onlayn rejimdə yoxlamaq olar; Macarıstan-Ukrayna sərhədinin beş buraxılış məntəqəsinin hamısı 24 saat açıqdır; Pasportunuzun olmaması halında, konsulluq xidməti vətəndaşa təyyarə ilə evə getmək imkanı verən “qayıdış şəhadətnaməsi” verəcək”- deyə qurumun açıqlamasında bildirilir.

Gürcüstan Xarici İşlər Nazirliyi həmçinin Ukraynadan Rumıniyaya daxil olan Gürcüstan vətəndaşları üçün də məlumat yayır.

“Gürcüstanın Rumıniyadakı səfirliyi Ukraynada hərbi əməliyyatların başladığı ilk gündən fövqəladə rejimdə işləyir və mövcud vəziyyətlə əlaqədar Ukraynadan Rumıniyaya keçməyə cəhd edən Gürcüstan vətəndaşlarına maksimum köməklik göstərir. +40743232292- Gürcüstanın Rumıniyadakı səfirliyinin qaynar xəttidir və 24 saat fəaliyyət göstərir; Rumıniya Fövqəladə Hallar Komitəsinin qərarına əsasən, Ukraynadan Rumıniya ərazisinə daxil olan vətəndaşlar nə kovidə qarşı peyvəndləmə ilə bağlı sənəd, nə də PCR testi təqdim etmə öhdəliyinə malik deyillər ; Sərhəd məntəqələrindəki doluluğu Rumıniya Sərhəd Polisinin saytında onlayn rejimdə yoxlamaq olar; Pasportunuzun olmaması halında, konsulluq xidməti vətəndaşa təyyarə ilə evə getmək imkanı verən “qayıdış şəhadətnaməsi” verəcək Mövcud vəziyyəti nəzərə alaraq, Ukraynadan Rumıniyaya daxil olanlar üçün Rumıniya platforması yaradılıb” -deyə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bununla yanaşı, Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynadan Slovakiyanın sərhədinin keçilməsi hər kəs, o cümlədən Gürcüstan vətəndaşları üçün mümkündür.

“Gürcüstanın Slovakiya Respublikasındakı səfirliyi Ukraynada hərbi əməliyyatların başladığı ilk gündən fövqəladə rejimdə işləyir və mövcud vəziyyətlə əlaqədar Ukraynadan Slovakiyaya keçməyə cəhd edən Gürcüstan vətəndaşlarına maksimum köməklik göstərir. +421 918663008 Gürcüstanın Slovakiyadakı səfirliyinin qaynar xəttidir və 24 saatlıq rejimdə fəaliyyət göstərir. Ukraynadan Slovakiyanın sərhədinin keçilməsi hər kəs, o cümlədən Gürcüstan vətəndaşları üçün mümkündür. Etibarlı biometrik pasporta üstünlük verilir, lakin mövcud vəziyyətə görə, Slovakiya Ukraynadan sərhədi keçmə prosedurlarını sadələşdirib və zərərgörmüş və ya vaxtı keçmiş pasportları olan vətəndaşlara icazə verib. Üstəlik, istisna olaraq, Gürcüstan vətəndaşlarına Gürcüstan vətəndaşının elektron şəxsiyyət vəsiqəsi ilə Ukraynadan Slovakiyaya keçməyə icazə verilir.

Ukraynadan gələn və Slovakiya ərazisinə daxil olan vətəndaşlardan nə kovidə qarşı peyvəndləmə ilə bağlı sənəd , nə də PCR testi tələb olunmur. Slovakiya Sərhəd Polisinin məlumatına görə, axının artması səbəbindən vətəndaşlar kifayət qədər uzun müddət sərhədin Ukrayna tərəfində təxminən 10-12 saat gözləməli olurlar. Slovakiya vətəndaşları mümkün qədər tez Slovakiya sərhədinə qaytarmaq üçün əlindən gələni edir. Slovakiya ukrayna, slovak və ingilis dillərində xüsusi internet saytı istifadəyə verib və orada bütün lazımi məlumatları, qaydaları və qurumların əlaqə məlumatlarını təqdim edir”- deyə XİN-in bəyanatında deyilir.