Gürcüstan vətəndaşları xüsusi reys ilə bugün Yunanistandan qayıdacaqlar

Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstan vətəndaşlarının vətənlərinə qaytarılması üçün bugün Afinadan xüsusi avia-reys həyata keçiriləcək.

Qeyd olunan reyslə 180-ə qədər vətəndaş, onların arasında yeniyetmələr və xronik xəstəlikləri olan yaşlılar vətəninə qayıdacaqlar.

19 may göstəricilərinə görə, epidemiyanın yayıldığı gündən bugünə qədər, Gürcüstanın diplomatik missiyaları xaricdə 20 919 Gürcüstan vətəndaşına yardım etdilər, vətəninə isə, 12 040 vətəndaş qaytarıldı.

Koordinasiya Şurası tərəfindən təyin edilən növbəti xüsusi aviareys mayın 22-də Romadan həyata keçiriləcək.