Gürcüstan Vəkillər Assosiyasiyası bu gün yeni sədr seçəcək
Gürcüstan Vəkillər Assosiyasiyası bu gün yeni sədr seçəcək

İdman Sarayında Gürcüstan Vəkillər Assosiyasiyası sədri seçkilərinin ikinci turu üçün qeydiyyat prosseduru həyata keçirilir. Səsvermə 15:00-da başalayacaq və 18:00-da başa çatacaq. Seçkilərin nəticələri güman edildiyinə görə, günün sonu bəlli olacaq.

Seçkilərin ikinci turunda qeydiyyatdan iki namizəd Levan Canaşiya və David Asatiani keçiblər. Halbuki Canaşiya ikinci turda iştirak etməkdən imtina etdi. Birinci Kanala telefon ilə onun bildirdiyinə görə seçkilərin ikinci turunda iştirak etmir, çünki dekabrın 9-da keçirilən seçkilərin nəticələrindən şikayət edib.

“Seçkilər saxtalaşdırıldı və birinci turun nəticələrini məhkəməyə şikayət etdim. Şikayət ilə nəticələrin ləğv olunamsını tələb edirəm. Müzakirə 2018-ci il martın 6-a təyin olunub. Məhkəmənin qərarını gözləyəcəm”,- Levan Canaşiya bəyan etdi.

Vəkillər Assosiyasiyasının icraçı katibi, İnqa Beridzenin dediyinə görə, Levan Canaşiyanı ikinci turda iştirak etməməyinə baxmayaraq, qeydiyyatdan keçmiş namizəd kimi hesab olunur. Müvafiq olaraq vəkillər seçimi iki namizəd arasında edəcəklər.

Gürcüstan Vəkillər Assosiyasiyası sədrliyinə seçkilərin birinci turu dekabrın 9-da keçirildi. David Asatiani 1129, Levan Canaşiya isə 635 səs topladı.