Gürcüstan və Rumıniya arasında birbaşa aviareyslər başlayacaq

Macar aviaşirkəti Wizz air Rumıniyadan Gürcüstan istiqamətinə bugün ilk requlyar aviareysini həyata keçirəcək.

İlk reys Buxarest Beynəlxalq Hava Limanından Kutaisi istiqamətinə saat 16:30-da gələcək.

Buxarest-Kutaisi istiqamətinə uçuşlar həftədə üç dəfə – Çərşənbə axşamı, Cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Noyabrın 15-dən Kutaisi beynəlxalq hava limanından Avropanın yenə bir neçə şəhərinə birbaşa reyslərin həyata keçirilməsi planlaşdırılıb.