Gürcüstan və Qətər arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair əməkdaşlıq memorandumu imzalanıb
Gürcüstan və Qətər arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair əməkdaşlıq memorandumu imzalanıb

 
Vitse baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili və Qətər Dövlətinin nəqliyyat naziri Casim bin Saif Əhməd Al Sulayt Gürcüstan və Qətər Dövləti arasında dənizçi sertifikatlarının qarşılıqlı tanınmasına dair əməkdaşlıq memorandumu imzalayıblar.

İmzalanma Tbilisidə keçirilən “İpək Yolu Forumu” çərçivəsində baş tutub.

Memorandumun imzalanması gürcü dənizçilərinin işlə təmin olunmasına töhfə verəcək.

Gürcüstan dənizçilərin sertifikatlarının tanınması ilə bağlı dünyanın 72 ölkəsi ilə memorandum imzalayıb və Qətər bu müqaviləni imzalayandan sonra 73-cü ölkə olub.

Məlumatı İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin mətbuat xidməti yayır.