Gürcüstan və Litva prezidentləri pandemiya zamanı iqtisadiyyatın açılmasının gələcək strategiyaları və sosiyal-iqtisadi yardımlar haqqında söhbət etdilər
Gürcüstan və Litva prezidentləri pandemiya zamanı iqtisadiyyatın açılmasının gələcək strategiyaları və sosiyal-iqtisadi yardımlar haqqında söhbət etdilər

Gürcüstan prezidenti Salome Zurabişvili Litva prezidenti Gitana Nausedas ilə video-zəng vasitəsi ilə söhbət etdi.

Prezidentlər pandemiya dövründə iqtisadiyyatın açılmasının gələcək strategiyaları və sosiyal-iqtisadi yardımlar haqqında söhbət etdilər.

Gürcüstan prezidentinin administrasiyasının məlumatına görə, Litva prezidenti Gürcüstanın koronavirusa qarşı mübarizəsinə yüksək qiymət verdi.

Prezidentlər Şərq Partnyorluğunun növbəti konfransı haqqında da söhbət etdilər.

Qeyd olundu ki, tərəflər əməkdaşlıq baxımından yeni partnyorluq formatı haqqında düşünürlər.

Salome Zurabişvili Litvalı həmkarına Gürcüstanın işğal edilmiş ərazilərində yarana vəziyyət və borderizasiya prosesi ilə bağlı məlumat verdi.