Gürcüstan və İtaliya müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb
Gürcüstan və İtaliya müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb

İtaliya Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndə heyəti Gürcüstanda səfərdədir. Səfərin məqsədi müdafiə sahəsində qurumlar arasında ikitərəfli məsləhətləşmələrin aparılmasıdır. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Qurumdan verilən məlumata görə, Müdafiə Nazirliyində keçirilən görüşdə tərəflər əməkdaşlığın cari məsələlərini və gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Gürcüstan tərəfi italiyalı qonaqlara Müdafiə Nazirliyində aparılan islahatlarla bağlı təqdimat təqdim edib.

Görüşdən sonra Gürcüstan və İtaliyanın müdafiə qurumlarının 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planı imzalanıb. İtaliya və Gürcüstanın Müdafiə nazirlikləri NATO-Gürcüstan Əsas Paketi (SNGP) çərçivəsində beynəlxalq hərbi təlimlər istiqamətində, eləcə də hərbi-mülki əməkdaşlıq, hərbi təhsil və aviasiya məsələləri üzrə fəal əməkdaşlıq edirlər.

Məsləhətləşmələr çərçivəsində yüksək səviyyəli səfərlərin təşkilati məsələlərinə də toxunulub.