Gürcüstan və İsrailin reqbi ittifaqları arasında memorandum imzalanıb #1TVSPORT
Gürcüstan və İsrailin reqbi ittifaqları arasında memorandum imzalanıb #1TVSPORT

 
Avchalanın reqbi stadionunda Gürcüstan və İsrail Reqbi İttifaqının prezidentləri memorandum imzalayıblar – Gürcüstanın Reqbi İttifaqı İsrail komandalarına peşəkar inkişafda kömək edəcək.

İsraildən olan reqbiçilər mütəxəssislərimizin nəzarəti altında Gürcüstanda təlimdən keçəcəklər. Əməkdaşlıq həm kişi, həm də qadın reqbi komandalarını əhatə edir.

Gürcüstanın Reqbi İttifaqı artıq Qazaxıstan və Azərbaycanın Reqbi İttifaqı ilə analoji tərəfdaşlıq edir, Polşa da maraqlı olduğunu ifadə edib.

Xatırladaq ki, reqbi üzrə Avropa Superkubokunun finalında “Qara Aslan” bu gün Tbilisidəki “Avchala” stadionunda məhz İsrail təmsilçisi “Tel Aviv Heat”i qəbul edib, 27:17 hesabı ilə məğlub edib və ardıcıl üçüncü dəfə qalib titulunu qazanıb.