Gürcüstan və Qrenada arasında viza rejimi ləğv olunacaq.
Gürcüstanın baş naziri Giorgi Qaxaria bu haqda hökümətlər arası danışıqların başlanması ilə bağlı sərəncamı artıq verib.
Vizasız rejim haqqında razılaşma yaxın günlərdə Gürcüstan və Paraqvay arasında formalaşdı.
Həmçinin, Gürcüstan vətəndaşları üçün viza rejimini Honduras da ləğv etməyə hazırdır.
Bu vaxt üçün Gürcüstan vətəndaşları üçün vizasız rejim 113 ölkə ilə qüvvədədir.
Qrenada adalardan ibarət bir dövlətdir və Karaib dənizinin cənub-şərq hissəsində yerləşir.
Qrenadanın əhalisi 112 000 təşkil edir.