Gürcüstan və ABŞ-ın xüsusi əməliyyat qüvvələri birgə mübadilə təlimləri keçiriblər
Gürcüstan və ABŞ-ın xüsusi əməliyyat qüvvələri birgə mübadilə təlimləri keçiriblər

 

Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin Qərb Batalyonunun Dəniz Xüsusi Təyinatlı yüzlüyü və ABŞ-ın Dəniz Xüsusi Təyinatlı Qüvvələri arasında Birgə Mübadilə Təlimi (JCET) çərçivəsində yekun təlim keçirilib.

 Gürcüstan Müdafiə Nazirliyinin məlumatında, iki həftəlik təlimin sahil kəşfiyyatı, dənizdən quruya infiltrasiya/eksfiltrasiya, sahil reydləri, pusqu hücumları, taktiki təlim, yaxın məsafədən atıcılıq kursu daxil olmaqla müxtəlif təlim komponentlərini əhatə etdiyi deyilir.

“Müdafiə Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrində birgə mübadilə təlimləri (JCET) sistemli şəkildə keçirilir və Gürcüstan hərbçiləri ilə birlikdə NATO-ya üzv və tərəfdaş ölkələrin nümayəndələri iştirak edirlər. Təlimin məqsədi təcrübə mübadiləsi və hazırlıq səviyyəsinin yüksəldilməsidir” – deyə nazirlikdən bildirilib.