Gürcüstan təhsil infrastrukturu layihələri üçün 68 milyon dollarlıq qrant alacaq

“Minilliyin çağırışı” korporasiyasının ikinci kompaktı çərçivəsində, təhsil infrastrukturu layihələrinin həyata keçirilməsi üçün Gürcüstanda, qrant şəklində, 68 milyon ABŞ dollarına qədər investisiya qoyulacaq.

Bu barədə məlumatı “Minilliyin çağırışı” fondu – Gürcüstan yayır.

2018-ci ildə, fond Gürcüstan regionlarında ümumi məktəblərin reabilitasiyasına davam edir. Tbilisidə, San-Dieqo Dövlət Universitetinin və İlia adına Dövlət Universitetinin yeni 4,750 kvadrat metrlik korpusunun daxili təmir işlərinin həyata keçirilməsi planlaşdırır.

Fevralın 7-də keçirilən konfransda cari və planlaşdırılan infrastruktur layihələri haqqında detallı məlumat veriləcək.

2015 – 2017-ci illərdə Minilliyin çağırışı fondu Gürcüstanın regionlarında 30 ümumi məktəbin tam reabilitasiyasını həyata keçirdi və Kaxetidə yenə 28 məktəbin reabilitasiyasına başladı.

2018-ci ildə, Qərbi Gürcüstanda 33 ümumi məktəbin tam reabilitasiyası həyata keçiriləcək.