Gürcüstan təhlükəsiz ölkələr siyahısında 17-ci yerdədir

Gallup tərəfindən keçirilən sorğu-tədqiqat nəticəsinə əsasən, məlum oldu ki, təhlükəsiz ölkələr siyahısında Gürcüstan 17-ci yerdədir.

“Dünyanın asayişi – 2018” adlı tədqiqat 142 ölkədə keçirildi.

Sorğunun məqsədi ölkələrdə təhlükəsizlik və əmin-amanlıq indeksinin müəyyən edilməsidir.

Reytinqdə Gürcüstan 87 bal aldı.

Eyni bal Portuqaliya və Türkmənistana verilib.

Dünyanın ən təhlükəsiz ölkəsi olaraq isə, 97 bal ilə, Sinqapur adlandırıldı.

İlk onluğa Norvegiya, İslandiya, Finlyandiya, Özbəkistan, Honq-Konq, İsveçrə, Kanada, İndoneziya, Daniya daxil edildilər.

Ən az 44 balı Venesuaela aldı.

Ən təhlükəli ölkələr siyahısına Əfqanistan, Cənubi Sudan, Qabon, Liberiya, Cənubi Afrika, Meksika, Dominik Respublikası, Botsvana və Sierra Leone daxildirlər.

Eyni tədqiqata əsasən, polisə ən çox Kanada vətəndaşları etibar edirlər, ən az isə, Latin Amerika ölkələrinin vətəndaşları.

Təhlükəsizlik indeksinin müəyyən edilməsi üçün tədqiqatda tam 148 000 nəfər həm telefonla, həm də canlı sorğulandı. Hər ölkədən təqribən 1000 nəfər.