Gürcüstan su poloçuları yığması bu gün Rusiya ilə qarşılaşacaq - Budapeşt 2020
Gürcüstan su poloçuları yığması bu gün Rusiya ilə qarşılaşacaq - Budapeşt 2020

Macarıstanın paytaxtı, Budapeştdə keçirilən su polosu üzrə Avropa Çempionatında bu gün, yanvarın 20-də Gürcüstan milli komandası önəmli matç keçirəcək. Pleyofa çıxmış Gürcüstan yığması Rusiya ilə qarşılaşacaq və qələbə təqdirində Avropanın ən yaxşı səkkiz komanda arasına düşəcək.

Qrup mərhələsində gürcü su poloçuları Fransanı məğlubiyyətə uğratdılar, sonra isə, İtaliya və Yunanıstan ilə qələbə qazana bilmədilər və üçüncü yerə çıxdılar. Rusiyaya gəldikdə isə, qrupda bu komanda iki matçı uduzdu – Yunanıstan və Rumıniyaya və yalnız Hollandiyanı məğlubiyyətə uğratdı. Lakin ikinci yerə, topların daha yaxşı fərqi ilə çıxdı.

Matç Gürcüstan və Rusiya arasında bu gün, Tbilisi vaxtı ilə saat 20:30-da başlayacaq və onun birbaşa reportajını Gürcüstanın Birinci Kanalı təqdim edəcək.