Gürcüstan “Sinopharm” peyvəndinin bir milyon dozasını qəbul edib.
Səhiyyə Nazirliyi bununla bağlı məlumat yayıb.
“Covid-19-a qarşı Çin istehsalı “Sinopharm” peyvəndinin milyon dozası artıq Gürcüstandadır.
Ənənəvi üsulla hazırlanmış, Çin istehsalı “Sinopharm” peyvəndi dünyada ən çox yayılmış peyvəndlərdən biridir. Gürcüstanda “Sinopharm” vaksini ilə peyvəndləmə 18 yaşdan yuxarı vətəndaşlar üçün əlçatandır.
Peyvənd üçün tələb olunan 2 doza 21-28 gün aralıqlarla vurulur. Peyvəndləmə üçün -booking.moh.gov.ge elektron portalda sifariş mümkündür. Kütləvi peyvəndləmə mərkəzlərində vaksinasiya əvvəlcədən qeydiyyat olmadan mümkündür.
Covid-19 peyvəndi üçün qeydiyyat ilə əlaqədar -144-3 və 15 22 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Covid-19 əleyhinə peyvənd, infeksiyaya qarşı qorunmanın təsirli və təhlükəsiz yoludur. Dünya Səhiyyə Təşkilatı, ictimai səhiyyə orqanları və ixtisaslı həkimlər Covid-19 əleyhinə peyvənd olmağı tövsiyyə edirlər”,-deyə məlumatda bildirilir.