Gürcüstan radiosu 98 yaşındadır
Gürcüstan radiosu 98 yaşındadır

 

Mayın 23-də Gürcüstanda ilk yayımçılıqdan 98 il tamam olur. Gürcüstan radiosu Cənubi Qafqazda birinci, 1925-ci ildən yayımçılığa başlayıb.

Gürcüstan radiosu bugünkü efiri yenilənmiş qablaşdırma ilə açıb. Mayın 26-da isə Gürcüstanın Müstəqillik Gününü qeyd etmək üçün dinləyicilər və tamaşaçıları Rustaveli prospektində açıq havada qəbul edəcək, istəyən hər kəs yerindəcə radio yayımına qatıla, prosesi izləyə və maraqlı verlişlərə qulaq asa biləcək.

“Bu gün çoxlu sayda yeni mediumun olmasına baxmayaraq, radio öz aktuallığını qoruyub saxlayır, öz yazılarında ölkəmizin mədəniyyətini, tarixini, yaddaşını qoruyub saxlayaraq tamaşaçı üçün hələ də operativ, etibarlı və yaxın dost olaraq qalır. Bu gün radio yenilənmiş brendinq və qablaşdırma ilə efirə çıxıb. Təbrik edirik! Haradan başladığımız böyük ölçüdə hara gedəcəyimizi müəyyənləşdirir, tezliklə biz yayımçılığın bir əsrini qeyd edəcəyik”- deyə Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili açıqlayıb.

Bütün Gürcüstan miqyasında radionun iki kanalının siqnalını- FM 102.3 qəbul etmək mümkündür, Gürcüstan Radio Musiqi isə-FM 100.9-da yayımlanır. Dinləyicilər mobil tətbiq də yükləyə bilərlər.