Gürcüstan Prokurorluğunda Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Almaniya və Belçikanın səlahiyyətli qurumlarına müraciət etdiklərini bildirirlər
Gürcüstan Prokurorluğunda Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Almaniya və Belçikanın səlahiyyətli qurumlarına müraciət etdiklərini bildirirlər

 
Gürcüstan Prokurorluğu Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Almaniya və Belçikanın səlahiyyətli qurumlarına müraciət edib-bu haqda Gürcüstan Prokurorluğunda açıqlayıblar.

Qurumun yaydığı məlumat üzrə, Gürcüstan Prokurorluğu öz səlahiyyətləri çərçivəsində Gürcüstanda cinayət törətmiş şəxslərin harada olmalarından asılı olmayaraq, gürcü ədalət mühakiməsinin qarşısına çıxarılması üçün qanunla nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirir.

“Bu halda da ictimai şəkildə yayılmış məlumat əsasında prokurorluq Zurab Adeişvilinin saxlanılması və Gürcüstana ekstradisiyası üçün Almaniya və Belçikanın səlahiyyətli qurumlarına müraciət edib” – deyə prokurorluqdan bildirilib.

Gürcüstanda bir neçə iş üzrə mühakimə olunan və təqsirləndirilən Zurab Adeişvili Ukraynanın baş prokuroru ilə birlikdə Bundestaqın plenar iclasında iştirak edib. Bundestaqdan sonra Zurab Adeişvili Avropa Komissiyasında da görüşlər keçirib.

Sözügedən məsələ ilə bağlı bu gün Gürcüstanın Xarici İşlər Nazirliyində Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski və Almaniya Federativ Respublikasının Gürcüstandakı səfiri Peter Fişer ilə görüş keçirilib. Xarici İşlər Nazirliyinin məlumatına görə, səfirlərə Gürcüstan məhkəməsi tərəfindən cinayətkar kimi tanınan və axtarışa verilmiş Zurab Adeişvilinin Avropa İttifaqı və və Almaniya Federativ Respublikasında keçirilən səfər və görüşlərdə iştirakı ilə bağlı Gürcüstan tərəfinin narahatlığı rəsmi şəkildə çatdırılıb.

Bu gün Gürcüstan hökuməti həm də bəyanat yayıb. Bəyanatda qeyd olunduğu kimi, Zurab Adeişvilinin Avropa İttifaqı və Almaniyada qəbul edilməsi Avropa bürokratiyasının hüquqi dövlət ideyasına sadiq olması ilə bağlı təsəvvürləri sarsıdır.