Gürcüstan prezidentinin administrasiyası prezidentin xərcləri ilə bağlı məlumat yayır
Gürcüstan prezidentinin administrasiyası prezidentin xərcləri ilə bağlı məlumat yayır.
“Gürcüstan prezidentinin diskreditasiyası məqsədi ilə, prezidentin xərcləri ilə bağlı yayılan bəyanatlara konkret faktlarla cavab vermək istəyirik. İctimaiyyət mövcud olan rəqəmləri özü müqayisə etsin və nə olduğuna qərar versin.
- Gürcüstan prezidentinin doqquz ayının ezamiyyat xərcləri:
– Mixei Saakaşvili (2012-ci il) – 2,558,799 ₾ larinin o zamanki kursu (1.6) – 1,599,249 $;
– Giorgi Marqvelaşvili (2016-cı il) – 1,991,954 ₾ (kurs 2.1) – 948,549 $;
– Salome Zurabişvili (2019-cu il) – 1,335,569 ₾ (kurs 2.6) – 513,680$;
- Qeyd olunan rəqəmlər göstərir ki, prezident Saakaşvilinin ezamiyyat xərcləri hazırki prezidentin xərclərindən üç dəfə, prezident Marqvelaşvilinin isə, iki dəfə artq olub.
- Diqqətə alınmalıdır ki, prezident Zurabişvilinin rezerv fondu yoxdur, çünki o fond 2019-cu ildə ləğv olundu, ancaq 2013-2018-ci illərdə 50 milyon lari təşkil edirdi.
- Xaricə ezamiyyətlərə gəlincə isə, pandemiyadan irəli gələrək, bütün səfərlər ləğv olundu. İlin əvvəlində sadəcə iki səfər baş tutdu. İki səfərdən biri Avropa Şurasına, Strasburqa, digəri isə, İsrailə idi. Digər ezamiyyətlər isə, ölkə daxilində, daxili turizmin populyarizasiyası üçün həyata keçirildi! Pandemiya zamanında doqquz ay ərzində, 21 000 lari xərcləndi, çünki digər xərclər prezidentin şəxsi hesabından ödənilirdi” – deyilir prezident administrasiyasının məlumatında.