Gürcüstan prezidenti və birinci xanım, prezident sarayında məhdud qabiliyyətli uşaqlar üçün yeni il tədbiri hazırladılar
Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və birinci xanım Maka Çiçua, kiçik oğulları Temo ilə bərabər, aztəminatlı ailələrin uşaqlarını, məhdud qabiliyyəti uşaqları və çox uşaqlı ailələrin uşaqlarını, ataları beynəlxalq hərbi missiyalarda olan və qaçqın ailələrin uşaqlarını prezident sarayında yeni il tədbirinə dəvət etdilər.
Bu barədə məlumatı prezident administrasiyası yayır.
Kiçik qonaqlara Gürcüstanın birinci xanımı xüsusi hədiyyə verdi və uşaqlarla bərabər musiqi nömrələrini ifa etdi.
Prezident sarayında uşaqlar üçün verilən konsertdə: The Quintessence, “Mziuri”, “Relikvia”, “Kavkasioni” və vokal paraorkestri iştirak etdilər.
Prezident sarayında Yeni il şam ağacı tədbiri yanvarın beşində də keçiriləcək.