Gürcüstan prezidenti yeni il münasibəti ilə, 187 məhbusu afv etdi.
Bu barədə məlumatı Əfv Komisiyasının sədri Zviad Koridze prezident administrasiyasında keçirdiyi brifinqdə verdi.
Koridzenin bəyanatına görə, əfv edilən şəxslər arasında üç yeniyetmə və 12 qadın var.
Əfv edilən şəxslərdən 123 nəfəri cəza evini bugün tərk edəcəklər.
Dekabrın 14-dən 24-nə qədər Əfv Komisiyyası 1182 məhbusun işini müzakirə edib.