Gürcüstan prezidenti Giorgi Marqvelaşvili 116 məhbusu əfv etdi.
Bu barədə bəyanatı Məhbusların Əfv Komisiyasının sədri Zviad Koridze verdi.
Koridzenin bugün keçirdiyi brifinqdə bəyan etdiyinə görə, əfv edilənlərdən 73 nəfəri cəza evini bugün tərk edəcək. Onlarda dördü qadındır.
Digər 43-nə gəlincə isə, onların həbs müddətləri ciddi dərəcədə azaldı.
Zviad Koridzenin məlumatına görə, fevralın 19-dan 26-na qədər 858 nəfərin işi müzakirə olundu.