"Gürcüstan Poçtu" Birinci Kanalın poçt markasını buraxıb
"Gürcüstan Poçtu" Birinci Kanalın poçt markasını buraxıb

 

“Gürcüstan Poçtu” televiziya yayımçılığının 65 illiyi ilə əlaqədar Birinci Kanalın poçt markasını buraxıb. 2022-ci ildə Gürcüstanda ilk televiziya yayımının başlanmasından 65 il ötür, bundan irəli gələrək İctimai Yayımçı bütün il ərzində müxtəlif tədbirlər, o cümlədən “Gürcüstan Poçtu” ilə əməkdaşlıqla Birinci Kanalın poçt markasının buraxılmasını planlaşdırmışdı.

Markanın eskizi üzərində “Gürcüstan Poçtu” və Birinci Kanal birgə işləyib.

“Tele-yayımçılığın başlaması gürcü mediasının tarixində mühüm hadisədir. 1956-cı ilin dekabrın 30-da Tbilisi teleqülləsindən ilk televiziya siqnalı verildi. Yubiley ilində biz bu hadisəni reallaşdırmaq istədik və “Gürcüstan Poçtu” ilə birgə poçt markası buraxıldı. Artıq Birinci Yayımçının markası ilə Gürcüstandan və ya Gürcüstana əmanətlər göndərmək mümkündür ” – deyə Gürcüstanın Birinci Kanalının baş direktoru Tinatin Berdzenişvili bildirib.

Bununla yanaşı, “Gürcüstan Poçtu”nun baş direktoru Levan Çikvaidze Birinci Kanalın markasının 25 min tirajla buraxıldığını bildirib.

“İctimai Yayımçının rəhbərliyini, bütün əməkdaşlarını yubiley tarixi münasibətilə təbrik edirəm. Düz 65 il əvvəl Mtatsminda qülləsindən ilk canlı bağlantı həyata keçirilib. Keçən il “Gürcüstan Poçtu” ilə İctimai Yayımçı arasında əlaqə nəticəsində markanın buraxılması ideyası yarandı və bu, Marka Komissiyasında reallaşdı və belə bir markanın buraxılması dəstəkləndi. Qüllə və İctimai Yayımçının loqosunun əks olunduğu marka dizaynerlər Şorena Xomerik və Qiorqi Mamulaşvili tərəfindən yaradıldı. Marka, 25 min tirajla buraxılıb, nominal dəyəri iki laridir” – deyə Levan Çikvaidze bildirib.

Marka artıq dövriyyədədir və istəyənlər onu “Gürcüstan Poçtu”nun istənilən filialından əldə edə bilərlər.