Gürcüstan Patriarxlığında bəyan edirlər ki, Rusiya Patriarxı tərəfindən Abxaziyanın sözdə "prezidentini" "seçkilərdə" qalib olması münasibəti ilə təbrik etmək separatizmi dəstəkləməkdir

Gürcüstan Patriarxlığının İctimaiyyətlə əlaqələr xidməti, Rus kilsəsinin başçısı Kirilin, Abxaziyadaki “sözdə” seçkilərdə qondarma prezident Raul Xacimbayı qalib gəlməsi münasibəti ilə təbrik etməsi ilə bağlı şərh verir.

Patriarxlıq bəyan edir ki, Rusiya Patriarxı Kirilin belə hərəkəti çox qəribədir və separatizmin təşviqi kimi qəbul olunur və gürcü və abxazlar arasındaki münasibətlərin yaxşılaşmasına mane olur.

“Düzdür, Rusiya Patriarxlığının rəsmi veb-səhifəsində Abxaziyanın qondarma “prezidentinə” təbrik müraciəti yayılmayıb, ancaq partiarxlıq tərəfindən belə bir faktın gizlədilmədiyinə görə, biz də öz münasibətimizi bildiririk.

Abxaziya qədim Gürcüstan torpağıdır və o sadəcə Gürcüstan tərkibində qəbul edilə bilər. Bunu Rusiya kilsəsi də bilir.

Belə halda, pak və müqəddəs Kirilin hərəkəti bizim üçün anlaşılmazdır və onu separatizmin təşviqi və dəstəyi olaraq qəbul edirik.

Ümid edirik ki, Rusiya kilsəsi Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşacaq və xristian fəlsəfəsindən irəli gələrək, gürcü və rus, gürcü və abxaz və osetinlər arasında münasibətlərin yaxşılaşdırılması üçün Gürcüstana dəstək verəcək” – deyilir Patriarxlığın bəyanatında.