Gürcüstan pasportu qlobal indeks reytinqində bir pillə irəliləyib

Gürcüstan pasportu 2019-cu ilin qlobal indeks reytinqində ötən il ilə müqayisədə,  bir pillə irəliləyərək, 49-cu yerə keçib.

“Henli end Partners” reytinqi müəyyən ölkələrin pasport sahiblərinin neçə ölkəyə vizasız gedə biləcəyinə əsasən, tərtib olunur.

2019-cu ilin tədqiqatına əsasən, Gürcüstan pasportu ilə, 144 ölkəyə vizasız səyahət etmək olar.

Misal üçün, Ermənistan reytinqdə 78-ci yerdədir, Azərbaycan isə, 43-cü.

Reytinqin liderləri Yaponiya, Cənubi Koreya və Almaniyadır.

Bu ölkələrin pasportu ilə, 189 ölkəyə vizasız səyahət etmək olar.