Gürcüstan Parlamenti beynəlxalq konfransa ev sahibliyi edəcək
Gürcüstan Parlamenti beynəlxalq konfransa ev sahibliyi edəcək

Gürcüstan Parlamentində beynəlxalq konfrans keçiriləcək. Bu haqqda bəyanatı Avropa İnteqrasiya Komitəsinin sədri verdi.

Tamar Xulordavadediyinə  görə, tədbir çərçivəsində 17 dövlətin nümayəndələri 4 və 5 dekabrda Gürcüstana gələcək.

Konfransın məqsədi Avropa İttifaqı ilə inteqrasiya mexanizmlərinin, eləcə də ölkələrdəki daxili islahatlara və çağırışlara yardım mexanizmlərini müzakirə etməkdir.

İki gün davam edəcək tədbirdə Aİ üzvü və namizəd ölkələrin, Şərq Partnyorluğu ölkələri və Avropa Parlamentinin nümayəndələri iştirak edəcəklər.

İş prosesinə Gürcüstan hökumətinin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri qatılacaqlar.