Gürcüstan nümayəndə heyəti İordaniyada xüsusi əməliyyat qüvvələrinin sərgisində iştirak edib, “Delta”nın məhsulları təqdim olunub
Gürcüstan nümayəndə heyəti İordaniyada xüsusi əməliyyat qüvvələrinin sərgisində iştirak edib, “Delta”nın məhsulları təqdim olunub

 

İordaniya Haşimilər Krallığında, Aqaba şəhərində 100 ölkədən 400-dən çox nümayəndə heyətinin təmsil olunduğu SOFEX-2022 konfransı və xüsusi əməliyyat qüvvələrinin 13-cü sərgisi keçirilib.

Tədbirdə Gürcüstan tərəfindən Müdafiə Qüvvələrinin komandanının müavini, general-mayor Zaza Çxaidzenin rəhbərlik etdiyi Müdafiə Qüvvələrinin nümayəndə heyəti və Gürcüstanın İordaniya Haşimilər Krallığındakı səfiri Zaza Kandelaki iştirak edib.

Gürcüstanın İordaniyadakı səfirliyindən verilən məlumata əsasən, hərbi təyinatlı məhsullar sərgisində iştirakçılar tərəfindən yüksək qiymət alan DHETM “Delta”nın istehsal etdiyi gürcü məhsulları nümayiş etdirilib.