Gürcüstan müsəlmanlarının yeni müftisi Adam Şantadze oldu.
Müsəlmanlar şurasının 19 üzvündən 13-ü onu dəstəklədi.
Müfti vəzifəsinə 3 namizəd təqdim edilmişdi.
Adam Şantadze beş il müddəti ilə seçilib. Bu qünə qədər isə, o sabiq müftinin müavini olub.
Müfti seçkiləri beş ildə bir dəfə keçirilir və müftiyi 19 nəfərdən ibarət müsəlmanlar şurası seçir.
Fəaliyyətdə olan müfti Beqlar Kamaşidzenin səlahiyyət müddəti başa çatmışdı və o seçkilərdə artıq iştirak etmədi.