Gürcüstan Müsəlmanları İdarəsi və Türkiyə Səfirliyi, Gürcüstanın Əlillərə Yardım Fonduna 70 ədəd əlil-kreslosu verdi
Gürcüstanın Müsəlmanlar İdarəsi Türkiyə səfirliyi ilə bərabər, Gürcüstanın İnsan Alveri (trefikinq) Qurbanlarının Qorunması və Əlillərə Yardımın Sosiyal Fonduna 70 ədəd əlil-kreslosu verdi.
Tədbirdə qeyd olundu ki, aksiyanın məqsədi məhdud imkanlı insanların müstəqil şəkildə hərəkət etmə qabiliyyətlərin inkişafıdır.
“Bugünki aksiya çərçivəsində, Gürcüstanın məhdud imkanlı şəxsləri üçün əlil kreslolar verildi. Mən Türkiyə səfiri olaraq, bu prosesə öz qatqımı etdim. Bizə bu prosesdə dəstək verdiyi üşün Gürcüstan iqtidarına təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, bənzər layihələrdə iştirak etməyə davam edəcəyik” – dedi Türkiyə səfiri Fatma Ceren Yazqan.