Gürcüstan millisinin sabiq basketbolçusu Ramaz Qoqoberişvili vəfat edib #1TVSPORT
Gürcüstan millisinin sabiq basketbolçusu Ramaz Qoqoberişvili vəfat edib #1TVSPORT

Gürcüstan basketbol komandasının keçmiş oyunçusu Ramaz Qoqoberişvili 52 yaşında vəfat edib.

O, 90-cı illərdə millinin liderlərindən olub, 17 oyunda 151 xal toplayıb.

Ramaz Qoqoberişvili müxtəlif vaxtlarda “Rustavi”, Tbilisinin “Dinamo”, Yunanıstanın PAOK və “Ment”, Portuqaliyanın “Aveyro” komandalarında oynayıb.

Üçqat Gürcüstan çempionu öz karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb və bir neçə il “Rustavi”yə rəhbərlik edib.