Gürcüstan millisi Podqoritsada Monteneqronu inamlı şəkildə məğlub etdi #1TVSPORT
Gürcüstanın futbol yığması Almaniyada keçiriləcək Avropa çempionatına yola düşməzdən əvvəl Podqoritsada Monteneqro millisi ilə yoxlama oyunu keçirib. “Xaçlılar” qarşılaşmanı inamlı şəkildə keçirdilər və 3:1 hesabı ilə qalib gəldilər.
Yığmamızın baş məşqçisi martın 26-da Yunanıstanla qarşılaşmada meydana çıxardığı komanda ilə müqayisədə iki dəyişiklik edib. Fərdi şəkildə məşq edən Saba Kvirkvelianın yerinə heyətə Qiorqi Qvelesiani daxil edildi, hücumda isə Liqa 1-in görkəmli hücumçusu Qiorqi Mikautadze Budu Zivzivadzeni əvəz etdi.
Gürcüstan yığması oyunu mükəmməl şəkildə keçirdi və çoxlu qol imkanları yaratdı… 10-cu dəqiqədə əvvəlcə Qiorqi Mikautadzenin zərbəsini qapıçı dəf etdi , əlavədə isə Qiorqi Qvelesianinin də qol vurmasına imkan vermədi. Lakin, bunu Qiorqi Çakvetadzenin ötürdüyü künc zərbəsi müşaiyət etdi, Qvelesiani topun istiqamətini dəyişdi, Otar Kiteişvili isə qapı önünü açaraq, yaxın məsafədən dəqiq zərbə ilə hesabı açdı- 0:1.
15-ci dəqiqədə Gürcüstan millisinin qol vurmaq və üstünlüyünü artırmaq üçün real şansı yarandı. Qiorqi Çakvetadzenin möhtəşəm ötürməsi ilə Xviça Kvaratsxelia qapıçı ilə təkbətək qaldı, lakin müdafiəçi yıxılaraq meydan sahiblərini aşkar qoldan xilas etdi.
34-cü dəqiqədə millimiz ikinci qolu qapıdan keçirdi – Kvaratsxelianın möhtəşəm ötürməsi ilə Mikautadze qapıçı ilə təkbətək qaldı və “Mets”in hücumçusu fərqi ikiyə yüksəltdi.
Fasilədən sonra Stevan İovetiç Monteneqronun heyətinə daxil oldu və meydan sahibləri daha güclü hücuma keçdilər. Hərçənd, millimiz 55-ci dəqiqədə əsl qol vurma anı yaratdı, Kvaratsxelia iki müdafiəçini keçərək qapıçı ilə təkbətək qaldı, lakin bu dəfə də qol vura bilmədi. İovetiç isə 66-cı dəqiqədə cərimə meydançası yaxınlığından dəqiq zərbə ilə fərqi azaltdı.
“Xaçlılar”ın 70-ci dəqiqədə iki top fərqini bərpa etmək üçün real şansı yarandı- oyunçu dəyişikliyi ilə meydana daxil olmuş Sandro Altunaşvilinin sağ cinahdan gözəl ötürməsi ilə Mikautadze qapıçı ilə təkbətək qaldı, lakin onun dubl etməsinə ev sahibi komandanın qapıçısısı əngəl oldu.
Lakin, 84-cü dəqiqədə gürcülər yenidən qol vurdular – hücumu oyunçu dəyişikliyi ilə meydana daxil olmuş futbolçular inkişaf etdirdi, hər şey isə Anzor Mekvabişvilinin möhtəşəm ötürməsi ilə başladı, cərimə meydançasına daxil olan Zuriko Davitaşvili iki müdafiəçi arasında hücumunu davam etdirdi və müdafiəçi tərəfindən yıxıldı, lakin top Budu Zivzivadzenin önünə qapı qarşısına yuvarlandı və Zivzivadze Gürcüstan millisində 8-ci qolunu vurdu – 3:1.
Monteneqro – Gürcüstan 1:3
Yoldaşlıq oyunu. 9 iyun. “Pod Goricom” stadionu
Qollar: 0:1 Kiteişvili (13. Qvelesianinin ötürməsi), 0:2 Mikautadze (34. Kvaratsxelianın ötürməsi), 1:2 İovetiç (66. Muqosanın ötürməsi), 1:3 Zivzivadze (84. Davitaşvilinin ötürməsi)
Gürcüstan millisi: Mamardaşvili – Kaşia, Dvali, Qvelesiani – Kakabadze, Şenqelia – Koçoraşvili, Kiteişvili, Çakvetadze – Kvaratsxelia, Mikautadze.