Gürcüstan millisi Avropa çempionatının pley-off mərhələsinin yarımfinalında Lüksemburqla qarşılaşacaq - Canlı reportaj Birinci Kanalda #1TVSPORT
Gürcüstan millisi Avropa çempionatının pley-off mərhələsinin yarımfinalında Lüksemburqla qarşılaşacaq - Canlı reportaj Birinci Kanalda #1TVSPORT

 
Bu gün, martın 21-də Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin yarımfinal matçını Tbilisidə, “Dinamo Arena”da Lüksemburq millisi ilə keçirəcək. Matç saat 21:00-da başlayacaq. Gürcüstanın Birinci Kanalı, Gürcüstan Radiosu (FM 102.3) və 1TVPLAY canlı reportajı təqdim edəcək.

Saquramoda oyunöncəsi məşq

Gürcüstan millisi Saquramo təlim-məşq bazasında oyunöncəsi məşq keçirib. Azarkeşlər milli komandanı tribunadan ruhlandırıblar.

Gürcüstan millisinin baş məşqçisi Vili Sanioli bütün heyəti toplayıb. Xviça Kvaratsxelia diskvalifikasiyaya görə Lüksemburqla qarşılaşmada komandaya kömək edə bilməyəcək. Caba Kankava iki illik fasilədən sonra milliyə qayıdıb.

Lüksemburqun problemləri

Qonaqların böyük itkisi var. Diskvalifikasiyaya görə Lüksemburqa Danel Sinan (“Sent Paul”un hücumçusu), travmaya görə isə- Vinsent Till (Azərbaycanın “Sabah” komandasının hücumçusu), Dirk Karlsson (Avstriyanın “Sent Pelten” komandasının hücumçusu) və Timote Rippil (Almaniyanın “FSV Mainz 05” komandasının yarımmüdafiəçisi) kömək edə bilməyəcək.

Komandanın baş məşqçisi Luk Holts komandasının əsas oyunçularından olan Vyananın “FK Austria Wien” komandasının mərkəz müdafiəçisi Marvin Martins və “FC LNZ Cherkasy”ın mərkəz yarımmüdafiəçisi Olivye Tillin Gürcüstanla qarşılaşmada oynayıb-oynamayacağına açıqlıq gətirməyib.

İspaniyadan hakim

UEFA 40 yaşlı Xose Mariya Sançesi matçın baş hakimi təyin edib. İspaniyalı hakim FİFA-nın referidir və UEFA-nın hakimlərinin elit kateqoriyasına aiddir. Fəaliyyətə 2000-ci ildə başlamışdır. 2017-ci ildə Sançes FİFA siyahısına salınıb. 2019-cu ilin mayın 2-də o, Fransada keçirilən qadınlar arasında dünya çempionatının finalında videohakim kimi fəaliyyət göstərmişdir. Sançes Mursiya ştatının Lorka şəhərində anadan olub. İxtisasca iqtisadçıdır və bankda işləyib. Ona Raul Baero və İniqo Prieto kömək edəcək. Dördüncü hakim Xesus Xil Mansano, video hakimlər isə Xuan Martinez Munuera və Alexandro Hernandes olacaq.

Respublika meydanında böyük ekran

Saat 19:00-dan etibarən Tbilisinin Respublika meydanında meriyanın təşkilatçılığı ilə azarkeş zonası fəaliyyət göstərəcək və matç böyük ekranda nümayiş etdiriləcək. Gürcüstanın Futbol Federasiyasının tərəfdaş təşkilatları müxtəlif əyləncə tədbirləri keçirəcəklər. Bir neçə iaşə obyekti və komandanın rəsmi mağazası olacaq.

İlia Topurianın çıxışı

Stadionun qapıları saat 19:00-da açılacaq. Saat 20:45-də ilk gürcü UFC çempionu İlia Topuria çempionluq kəmərini azarkeşlərə təqdim edəcək.

Gürcüstan milli komandasının tərkibi

Qapıçılar: Qiorqi Mamardaşvili (“Valensiya”, İspaniya), Qiorqi Loria (“Dinamo Tbilisi”, Gürcüstan), Luka Quqeşaşvili (“Qarabağ”, Azərbaycan)

Müdafiə: Solomon Kverkvelia (“Al-Okhdood Club”, Səudiyyə Ərəbistanı), Saba Sazonovi (“Torino FC”, İtaliya), Quram Kaşia (“Slovani”, Slovakiya), Qiorqi Qvelesiani (“Persepolis F.C.”, İran), Laşa Dvali (“APOEL FC”, Kipr), Luka Loçoşvili (“US Cremonese”, İtaliya), Otar Kakabadze (“MKS Cracovia”, Polşa), Vladimer Mamuçaşvili (“Dinamo Batumi”, Gürcüstan), Levan Şenqelia (“Panetolikos F.C.”, Yunanıstan), Qiorqi Tsitaişvili (“Dinamo Batumi”, Gürcüstan), Qiorqi Qoçoleişvili (“FC Shakhtar Donetsk”, Ukrayna)

Yarımmüdafiə/Hücum: Otar Kiteişvili (“SK Sturm Graz”, Avstriya), Nika Kvekveskiri (“Lech”, Polşa), Qiorqi Çakvetadze (Uotford, İngiltərə), Sandro Altunaşvili (“Wolfsberger AC”, Avstriya), Qiorqi Koçoraşvili (“Levante”, İspaniya), Caba Kankava (“Slovani”, Slovakiya ), Anzor Mekvabişvili (“Kraiova”, Rumıniya), Qiorqi Mikautadze (“FC Metz”, Fransa), Budu Zivzivadze (“Karlsruher SC”, Almaniya), Qiorqi Kvilitaia (“APOEL FC”, Kipr), Zuriko Davitaşvili (Bordo, Fransa), Xviça Kvaratsxelia (“SSC Napoli”, İtaliya)