Gürcüstan millisi Avropa çempionatının pley-off mərhələsinin finalında Yunanıstanla qarşılaşacaq - Canlı reportaj Birinci Kanalda #1TVSPORT
Gürcüstan millisi Avropa çempionatının pley-off mərhələsinin finalında Yunanıstanla qarşılaşacaq - Canlı reportaj Birinci Kanalda #1TVSPORT

 
Bu gün, martın 26-da Gürcüstan millisi Avro-2024-ün seçmə mərhələsinin final görüşünü Tbilisidə, “Dinamo Arena”da Yunanıstan millisi ilə keçirəcək. Matç saat 21:00-da başlayacaq. Gürcüstanın Birinci Kanalı, Gürcüstan Radiosu (FM 102.3) və 1TVPLAY canlı reportajı təqdim edəcək.

Yarımfinalda “Xaçlılar” Lüksemburq millisini 2:0, Yunanıstan isə Qazaxıstanı 5:0 hesabı ilə məğlub etdi. Bu gün qalib gələcək komanda isə Almaniyada Avropa çempionatının final mərhələsində oynayacaq.
Oyunöncəsi mətbuat konfransında hər iki komandanın baş məşqçisi rəqibə hörmət göstərməyə çalışırdı, ancaq oyun akspektləri haqda az danışdı.

Yunanıstan millisinin hədəfi

Yunanıstan millisi 2014-cü ildən bəri böyük beynəlxalq turnirdə iştirak etməyib. Yunanlar sonuncu dəfə Braziliyanın ev sahibliyi etdiyi 2014-cü ilin Dünya Çempionatında iştirak ediblər. Avropa çempionatına gəlincə, Yunanıstan sonuncu dəfə qitə birinciliyi uğrunda 2012-ci ildə mübarizə aparıb. Yunan azarkeşlər Tbilisidəki matça böyük ümidlər bəsləyir və Almaniyada oynamağı hədəfləyirlər.

Gürcüstan millisi üçün tarixi fürsət

Yunanıstanla görüş müstəqil Gürcüstan futbolu tarixində ən mühüm görüşlərdən biridir. Gürcüstan millisinin 2020-ci ildə Avropa çempionatına vəsiqə qazanmaq şansı var idi, lakin pley-off mərhələsinin finalında Şimali Makedoniyaya uduzaraq fürsəti əldən vermiş oldu.

Xviça Kvaratsxelia qayıtdı

Həlledici görüş üçün Xviça Kvaratsxelia Gürcüstan millisinə qayıtdı. “SSC Napoli”nin futbolçusu diskvalifikasiya səbəbindən Lüksemburqla yarımfinal matçında iştirak edə bilmədi.

Kvaratsxelia 2020-ci ilin pley-off mərhələsinin finalında da oynamadı. Eyni zamanda, həmin vaxt Levan Şenqelia, Otar Kiteişvili və Qiorqi Çakvetadze Gürcüstan millisinin sıralarında deyildi.

Dünya Çempionatının final oyununun hakimi

Gürcüstan və Yunanıstan yığmaları arasında keçiriləcək oyunu son DÇ-nin finalının hakimi idarə edəcək. Şimon Marçiniak (Polşa) UEFA tərəfindən pley-off mərhələsinin final oyununa hakim kimi təyin edilib.

Marçiniaka həmçinin polşalı hakimlər – Pavel Sokolnitski və Tomaş Listkevits kömək edəcək. Dördüncü hakim slovakiyalı İvan Krujliak olacaq. Video hakim funksiyasını isə polşalılar- Tomaş Kviatkovski və Bartoş Frankovski yerinə yetirəcək.

Respublika meydanında böyük ekran

Saat 19:00-dan etibarən Tbilisidə, Respublika meydanında meriyanın təşkilatçılığı ilə fan-zona fəaliyyət göstərəcək və matç böyük ekranda nümayiş etdiriləcək. Gürcüstan Futbol Federasiyasının tərəfdaş təşkilatları müxtəlif əyləncə tədbirləri keçirəcək. Ərazidə bir neçə iaşə obyekti və milli komandanın rəsmi mağazası olacaq.

Gürcüstan milli komandasının tərkibi

Qapıçılar: Qiorqi Mamardaşvili (“Valensiya”, İspaniya), Qiorqi Loria (“Dinamo Tbilisi”, Gürcüstan), Luka Quqeşaşvili (“Qarabağ”, Azərbaycan)

Müdafiə: Solomon Kverkvelia (“Al-Okhdood Club”, Səudiyyə Ərəbistanı), Saba Sazonovi (“Torino FC”, İtaliya), Quram Kaşia (“Slovani”, Slovakiya), Qiorqi Qvelesiani (“Persepolis F.C.”, İran), Laşa Dvali (“APOEL FC”, Kipr), Luka Loçoşvili (“US Cremonese”, İtaliya), Otar Kakabadze (“MKS Cracovia”, Polşa), Vladimer Mamuçaşvili (“Dinamo Batumi”, Gürcüstan), Levan Şenqelia (“Panetolikos F.C.”, Yunanıstan), Qiorqi Tsitaişvili (“Dinamo Batumi”, Gürcüstan), Qiorqi Qoçoleişvili (“FC Shakhtar Donetsk”, Ukrayna)

Yarımmüdafiə/Hücum: Otar Kiteişvili (“SK Sturm Graz”, Avstriya), Nika Kvekveskiri (“Lech”, Polşa), Qiorqi Çakvetadze (Uotford, İngiltərə), Sandro Altunaşvili (“Wolfsberger AC”, Avstriya), Qiorqi Koçoraşvili (“Levante”, İspaniya), Caba Kankava (“Slovani”, Slovakiya ), Anzor Mekvabişvili (“Kraiova”, Rumıniya), Qiorqi Mikautadze (“FC Metz”, Fransa), Budu Zivzivadze (“Karlsruher SC”, Almaniya), Qiorqi Kvilitaia (“APOEL FC”, Kipr), Zuriko Davitaşvili (Bordo, Fransa), Xviça Kvaratsxelia (“SSC Napoli”, İtaliya)