Gürcüstan Milli Qvardiyasının iyirmiliyi Mərkəzi Afrikaya yola düşüb
Gürcüstan Milli Qvardiyasının iyirmiliyi Mərkəzi Afrikaya yola düşüb

 

Gürcüstan Müdafiə Qüvvələrinin Milli Qvardiyasının 10-cu rotasiyasının iyirmiliyi Avropa İttifaqının egidiyası ilə davam edən hərbi təlim missiyasını (EUTM RCA) yerinə yetirmək üçün Mərkəzi Afrika Respublikasına yola düşüb.

Gürcüstan Müdafiə Nazirliyi tərəfindən verilən məlumatda Milli Qvardiyanın rəhbəri, briqada generalı Roman Coxadzenin, Qvardiyanın digər nümayəndələri və Fransa Respublikasının Gürcüstandakı Müdafiə Attaşesi vitse-polkovnik Frederik Kamposun gürcü sülhməramlılarını Tbilisi Beynəlxalq Hava Limanından yola saldıqları deyilir. Onlar şəxsi heyətə missiyanı ləyaqətlə yerinə yetirərək, sülh içində qayıtmalarını arzulayıblar.

Kapitan Tornike Ğaribaşvilinin komandanlığı altında Milli Qvardiyanın əsgərləri Mərkəzi Afrika Respublikasının paytaxtı Banqidə, “Mpoko” bazasında, Moana düşərgəsində hərbi təlim missiyasını (EUTM RCA) yerinə yetirəcəklər. Gürcü sülhməramlıların əsas vəzifəsi bazanın mühafizəsi, motorlu patrul, konvoy və müşayiət etmək olacaq.