Gürcüstan miqyasında saat 10:00-a olan seçici fəallığı 7,38%-dir ki, bu da 154 163 seçicini təşkil edir
Gürcüstan miqyasında saat 10:00-a olan seçici fəallığı 7,38%-dir ki, bu da 154 163 seçicini təşkil edir

 

Mərkəzi Seçki Komissiyasının verdiyi məlumata görə, Gürcüstan miqyasında saat 10:00-a olan seçici fəallığı 7,38%-dir ki, bu da 154 163 seçicini təşkil edir.

Regionlar üzrə ən yüksək aktivlik Raça-Leçxumidədir və 9,2%-i təşkil edir. Ən aşağı aktivlik Mtsxeta-Mtianetidədir və 5,1%-i təşkil edir.

Paytaxta gəlincə, MSK-dan da qeyd olunduğu üzrə, seçici fəallığı 7,4%-dir ki, bu da 74 527 seçicini təşkil edir.

Paytaxtda ən yüksək fəallıq Qldani dairəsindədir, burada qeydiyyatda olan seçicilərin 7,8%-i artıq səs verib. Ən aşağı aktivlik İsanidə qeydə alınır, göstərici- 6,8% təşkil edir.

Özünüidarəetmə seçkilərinin ikinci turu üçün ölkə miqyasında 1830 seçki məntəqəsi fəaliyyət göstərir, seçicilərin ümumi sayı isə 2 088 722-ni təşkil edir.